Azərbaycan ailəsi 2010 festivalına filmlərin qəbulu başladı
11 Fevral 2010 Cümə Axşamı 17:50
Azərbaycan ailəsi 2010 vesfivalında filmlər dörd nominasiya üzrə qiymətləndiriləcək
Bu gün “Azərbaycan ailəsi-2010” kinofestivalının başlanması münasibəti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqında tədbir keçirilib.

Festival “Ən yaxşı film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial mövzulu videoçarx” nominasiyaları üzrə keçiriləcək. Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun gəlməklə yanaşı, bədii, sənədli, animasiya filmləri və sosial çarxlar şəklində qəbul olunacaq. Müsabiqədə gənc həvəskar və peşəkar rejissorlar iştirak edə bilərlər.

Azərbaycan ailələrinin xüsusiyyətlərini əks etdirən bu filmlər aprelin 25-dək DVD formatında təşkilat komitəsinə təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması mərasimi isə may ayında keçiriləcək. Təqdim olunan işlər respublikanın ictimai xadimləri tərəfindən qiymətləndiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, festivalın məqsədi ölkədə uğurla həyata keçirilən ailə siyasətini daha geniş işıqlandırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu yüksəltməyə yönəltmək və onun tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev festivalın müasir kinomuzun təbliğində mühüm rol oynayacağını bildirib.

Xatırladaq ki, festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar