Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90 kitabı nəşr olunub
15 İyul 2011 Cümə 14:52
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90» adlı kitab çapdan çıxıb.
İnstitutdan APA-ya verilən məlumata görə, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin redaktəsi altında nəşr olunan və «Şeyx Məhəmməd Xiyabani hərəkatı - 90» adlı məqalələr toplusundan ibarət olan kitabda Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında İranda 1918-1920-ci illərdə baş vermiş xalq hərəkatından bəhs edilir. Həmin hərəkatın 90 illiyi ilə bağlı Şərqşünaslıq İnstitutunda keçirilmiş elmi-nəzəri konfransda oxunmuş məruzələr toplunun əsasını təşkil edir. Bununla birlikdə son illər Xiyabani ilə bağlı İranda çap olunmuş kitablardan müəyyən hissələr, məqalə və xatirələr də kitaba salınıb.
Şeyx Məhəmməd Xiyabani ilə bağlı Azərbaycanda ilk dəfə yazan mərhum ensiklopedik alim Qulam Məmmədli və Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Şövkət Tağıyeva olub. Kitabda onlarla yanaşı, Gövhər Baxşəliyeva, Əli Azəri, Səid Nəfisi, Qafar Kəndli, Seyid Cəfər Pişəvəri, Solmaz Rüstəmova-Tohidi, Əkrəm Rəhimli və başqalarının Xiyabaniyə həsr olunmuş yazıları dərc olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar