Aysel Teymurzadə: “Fevralın 2-də bizi çox möhtəşəm şou gözləyir”
11 Yanvar 2010 Bazar Ertəsi 15:15
Azərbaycanın “Eurovision -2010” müsabiqəsində təmsilçisinin seçilməsi üçün aparılan seçimlərdə sona qalan altı namizədin üzərinə çox böyük məsuliyyət düşür.
Çünki, fevralın 2-də milli yarımfinal konsertinə tək öz ölkəmizdə yox, internet vasitəsi ilə dünyada baxacaqlar. Ona görə də, yarımfinal iştirakçıları bu çıxışa tam gücləri ilə hazırlaşmalı və həmin gün nəyə qadir olduqlarını nümayiş etdirməlidirlər”. Bu sözləri APA-ya “Eurovision -2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə deyib. Müğənni yarımfinala vəsiqə qazanan ifaçılara uğurlar arzulayıb: “Hər bir namizədin özünəməxsus stili, ifa tərzi, səhnə mədəniyyəti var. Əminəm ki, fevralın 2-də bizi çox möhtəşəm şou gözləyir. Mən də öz növbəmdə həmin gün bu gecəni izləyəcəyəm və hər bir namizədi dəstəkləyəcəyəm. Onlara demək istəyirəm ki, özünüzə inanın, ancaq bununla yanaşı, öz üzərinizdə işləməyi unutmayın”. APA
DOSTLARINLA PAYLAŞ: