Aysel Teymurzadə “Eurovision”da 2-ci yeri tutub
01 Avqust 2009 Şənbə 12:05
İki müstəqil auditor yoxlaması aparıldıqdan sonra Avropa Yayım İttifaqı “Eurovision-2009” müsabiqəsində jüri və televiziya tamaşaçılarının səsverməsinin nəticələrini rəsmən açıqlayıb.
APA-nın “Eurovision”un rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlanılan nəticələrin həcmi böyük olduğundan proses uzun çəkib. Xatırladaq ki, müsabiqədə yekun nəticə jürinin və tamaşaçıların səsverməsi əsasında ortaq xal hesablanaraq müəyyənləşdirilib.

Yarışmada üçüncü yeri tutmuş Azərbaycan təmsilçisi Aysel Teymurzadə tamaşaçıların səsverməsində ikinci olub. Lakin jüri Ayseli 8-ci yerə layiq görüb. Türkiyəli Hadisə də izləyicilərin xoşuna gəlib və o, 3-cü olub. Jürinin səsverməsində isə Hadisə 7-ci yeri tutub, yekun nəticədə Türkiyə təmsilçisi müsabiqəni 4-cü sırada tamamlayıb. Müsabiqənin qalibi, norveçli Aleksandr Rıbak isə həm tamaşaçıların, həm də jürinin favoriti olub və hər iki səsvermədə birincilik qazanıb.

Jürinin və tamaşaçıların səslərinin necə bölüşdürüldüyünü cədvəl şəkilində təqdim edirik:

Ölkə 

Müsabiqənin  yekun nəticəsi 

Jürinin qərarı 

Tamaşaçının qərarı 

Norveç

1

1

1

İslandiya

2

2

4

Azərbaycan

3

8

2

Türkiyə

4

7

3

Britaniya

5

3

10

Estoniya

6

5

6

Yunanıstan

7

11

5

Fransa

8

4

17

Bosniya

9

12

7

Ermənistan

10

15

9

Rusiya

11

17

8

Ukrayna

12

16

12

Danimarka

13

6

19

Moldova

14

10

13

Portuqaliya

15

18

18

İsrail

16

9

25

Albaniya

17

23

11

Xorvatiya

18

19

16

Rumıniya

19

21

14

Almaniya

20

14

23

İsveç

21

22

15

Malta

22

13

24

Litva

23

20

20

İspaniya

24

25

21

Finlandiya

25

24

22



DOSTLARINLA PAYLAŞ:

oyunlar