Aysel & Araş yeni mükafat qazanıb
14 İyun 2009 Bazar 00:55
Eurovision mahnı müsabiqəsinin radiosu ESCRadio 2009 finalının ən yaxşılarını müəyyənləşdirib. “Ən Yaxşı Mahnı” nominasiyasında mükafatı müsabiqənin qalibi olan Norveç təmsilçisi Aleksandır Rıbak alıb.

Bu nominasiya üzrə ikinci yeri isə yenə də müsabiqənin ikincisi olan İzlandiya təmsilçisi tutub.
”Ən Yaxşı Qadın Müğənni” nominasiyasında birincilik mükafatını isə İzlandiya təmsilçisi Yohanna qazanıb. İkinci ən yaxşı qadın müğənni isə Fransa təmsilçisi Patricia Kaas olub. Üçüncülük isə Birləşmiş Krallıq təmsilçisi Jade Evensin olub.
”Ən yaxşı Kişi Müğənni” mükafatını isə Norveç təmsilçisi Aleksandır Rıbak, ikinciliyi Yunanıstan təmsilçisi, üçüncülüyü isə Danimarka əldə edib.
Yarışın “Ən yaxşı Qrup” mükafatını isə Azərbaycanı təmsil edən Aysel & Araş qazanıb. Bu nominasiya üzrə ikinci yer Estoniyanın, üçüncü yer isə Portuqaliyanın olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar