Aydan Salahovadan yeni fotolar
09 Aprel 2013 Çərşənbə Axşamı 11:37
Tanınmış rəssamın növbəti art-layihəsi təqdim edilib.
Tanınmış rəssam Tahir Salahovun qızı rəssam, heykəltaraş, qalereya sahibi Aydan Salahovanın növbəti art-layihəsi təqdim edilib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Onun yeni layihəsi məşhur qalereyalar sahibi Valeriya Rodnyanskaya məxsus “Şaltay-Boltay” art-hədiyyələr qalereyasında təqdim edilib.

Onun ipək örpəklər kolleksiyası “Fars miniatürləri” adlı qrafiki motivli seriyası altında təqdim edilib. Təbir çərcivəsində Aydan Salahovanın bu seriyadan olan qrafik işləri və heykəltəraşlıq obyekləritə nümayiş edilib.

Qeyd edək ki, bir müddət öncə azərbaycanlı rəssamın “İnterviewrussia.ru” saytında məşhur model Naomi Kempbell ilə söhbəti Azərbaycanda müzakirələrə səbəb olmuşdu. Müsahibədə Aydan Salahovanın cəsarətli hesab edilə biləcək, yarıçılpaq şəkilləri dərc olunmuşdu.












DOSTLARINLA PAYLAŞ:

oyunlar