Avrovizyon iştirakçısını xalq seçəcək
05 Dekabr 2009 Şənbə 06:35
Avrovizyon iştirakçısını xalq seçəcək. İlk dəfə ölkə sakinləri TRT-nin saytına daxil olaraq müsabiqədə görmək istədikləri müğənninin adını qeyd edəcək.
Türkiyədə Avrovizyon mahnı müsabiqəsində iştirak edəcək müğənnini müəyyənləşdirmək üçün TRT ilk dəfə xalqa müraciət edəcək. İlk dəfə ölkə sakinləri TRT-nin saytına daxil olaraq müsabiqədə görmək istədikləri müğənninin adını qeyd edəcək. TRT idarəsi daha sonra ən çox adı yazılan müğənniyə müsabiqədə iştirak etməyi təklif edəcək. Müğənninin təklifi rədd etmə ehtimalı nəzərə alınaraq onun adı ictimaiyyətə açıqlanmayacaq və müvafiq olaraq daha sonra gələn müğənniyə təklif veriləcək. Təklifi qəbul edən müğənni isə 2010-cu il may ayında Norveçdə keçiriləcək Avrovizyon müsabiqəsində Türkiyəni təmsil edəcək. Qeyd edək ki, daha əvvəl müsabiqədə Türkiyəni təmsil edəcək müğənni TRT tərəfindən qurulan heyət tgərəfindən müəyyən edilirdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar