Avroviziya təmsilçimiz fevralın 2-də seçiləcək
25 Dekabr 2009 Cümə 11:00
Avroviziya təmsilçimiz fevralın 2-də seçiləcək. Mərasimdə Ruslana və Aleksandr Rıbak da iştirak edəcəklər.
Azərbyacanı "Avrovizion-2010" mahnı müsabiqəsində təmsil edən iştirakçının adı fevral ayının 2-də məlum olacaq. Belə ki, "Buta Palace" əyləncə kompleksində mahnı müsabiqəsinə namizədlərin yekun seçmə konserti keçiriləcək. Bu barədə konsertin təşkilatçılarından biri olan City Concerts Agentliyi məlumat verib.
Məlumata görə, konsertdə ilkin bir neçə mərhələdən və peşəkar münsiflərin seçdiyi ifaçılar iştirak edəcəklər. Konsertin sonudna isə səsvermə nəticəsində Azərbaycanı "Acroviziya-2010" müsabiqəsində təmsil edəcək ifaçının adı bəlli olacaq.
Məlumata görə, konsertin qonaqları qismində "Avroviziya" müsabiqəsinun qalibləri Ruslana və Aleksandr Rıbakın çıxış edəcəkləri gözlənilir.
Qeyd edək ki, tədbirin çəkilişləri və translayasiyası müsabiqəsinin Azərbaycandakı rəsmi tərəfdaşı İctimai Televiziya tərəfindən aparılacaq.
İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə ANS PRESS-ə bildirib ki, bu barədə rəsmi məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: