Avroviziya 2011 qalibləri bu gün vətənə qayıdır
15 May 2011 Bazar 12:22
Avroviziya 2011 qalibləri və nümayəndə heyəti gecə saatlarında Düsseldorfu tərk edəcək.
Azərbaycanın “Avroviziya-2011” beynəlxalq mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar bu gün gecə saatlarında Bakıya qayıdacaqlar. Onların Bakı vaxtı ilə saat 17:00-dan sonra Almaniyanı tərk edəcəkləri gözlənilir.
Qeyd edək ki, dünən “Eurovision-2011” mahnı müsabiqəsində keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycan birinci yerin sahibi olub. Eldar və Nigar dueti 221 xal toplayaraq ən yaxın rəqiblərini arxada qoyub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: