ATƏT də 21 Mart tarixini Beynəlxalq Novruz Bayramı kimi təsdiqlədi
21 Avqust 2010 Şənbə 16:40
Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi məlumat verib.
BMT-nin ardınca digər nüfuzlu beynəlxalq təşkilat - ATƏT də öz təqvimində 21 Mart tarixini bayram kimi təsdiqləyib. Bu barədə Azərbaycanın Avstriyadakı səfiri, ölkənin ATƏT-dəki daimi nümayəndəsi Fuad İsmayılov məlumat verib.

Qeyd edək ki, fevralın 24-də BMT Baş Assambleyası "Beynəlxalq Novruz Günü" qətnaməsini qəbul edib. Həmin qətnaməyə görə, BMT 21 Mart tarixini Beynəlxalq Novruz Bayramı kimi tanıyır və təşkilata üzv olan dövlətləri bu qədim bayram haqqında biliklərin yayılmasına səy göstərməyə çağırır.

"Baş Assambleyanın bu il Beynəlxalq Novruz Bayramını tanıması barədə qərarı təkcə onun keçirildiyi regionlarda deyil, həm də bütün dünyada bu bayramın əhəmiyyətinin dərk edilməsinin artdığını sübut edir", - BMT-nin Baş katibi Pan Gi Munun məktubunda deyilir.

Bir qədər əvvəl BMT Baş Assambleyasının Novruz Bayramını beynəlxalq bayram kimi tanınması məqsədilə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən qətnaməyə uyğun layihə hazırlanıb və onun sonradan digər ölkələrlə razılaşdırılmasını və BMT-də təsdiqlənməsini təmin etmək üçün Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə təqdim edib.

Novruz bir çox Şərq xalqlarının bütün milli bayramlarından ən parlaq, ən fərəhli bayramdır.

Bu bayramda məqsəd Yeni ilin gəlişidir. Martın 21-də gecə və gündüz bərabərləşir və günlər uzanmağa başlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar