Atəşgah Sığorta 13 rəsm əsərini 1 milyon dollara sığortalayıb
21 May 2012 Bazar Ertəsi 18:33
Bu, tanınmış rəssamların müəllifi olduğu rəsm əsərləridir.
“Atəşgah” Sığorta Şirkəti “Yarat “Müasir İncəsənət Məkanı İctimai Birliyinin təşkil etdiyi sərgidə təqdim olunan 13 rəsm əsərini sığortalayıb. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 15 may tarixində Müasir İncəsənət Muzeyində açılan “Birləşən körpülər” adlı sərgi çərçivəsində nümayiş etdirilən xarici müəlliflərin əsərləri 1 milyon dollar məbləğində sığortalanıb. Bu Sara Lukas, Olimpia Skarri, Nil Klements, Corc Yanq, Enni Morris və digər tanınmış rəssamların müəllifi olduğu rəsm əsərləridir.

Rəsm əsərləri bütün risklərdən, o cümlədən yanğın, partlayış, subasma, zəlzələ, oğurluq, üçüncü şəxslərin qərəzli hərəkətləri, vandalizm aktlarından sığortalanıb.

Sərginin sponsorları “İtaldesign Group”, “Bakcell”, “Rapid Solutions” və Azərbaycan Gənclər və İdman Nazirliyidir. Sərgi 15 iyun 2012-ci il tarixinə qədər davam edəcək.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ Atəşgah” Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 milyon manat, ödənişləri isə 6,4 milyon manatdan artıqdır. “Atəşgah” SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar