Aşkı Memnu cinsəlliyi Kurtlar Vadisi zorakılığı təşviq edir
19 Yanvar 2010 Çərşənbə Axşamı 05:50
Türkiyə mədəniyyət naziri iki serialdan narazıdır. “Aşkı Memnu” cinsəlliyi “Kurtlar Vadisi” isə zorakılığı təşviq edir.
Türkiyənin mədəniyyət naziri Ertuğrul Günay iki serialla əlaqədar olaraq RTÜK-ə (Radio Televiziya Üst Kurulu) xəbərdarlıq edib. ANS PRESS “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, E. Günay “Aşkı Memenu” serialının eyni adlı romanın həqiqi məzmunundan qoparılması, “Kurtlar Vadisi Pusu” serialında zorakılıq və başqa seriallarda ehtirasın qabardılmasına görə narahatlığını bildirib.

“Mədəniyyət naziri kimi RTÜK-ə xəbərdarlıq edirəm. Yerli seriallarda zorakılıq və cinsəllik əsla qabardılmamalıdır. “Aşkı Memenu” serialının uzadılmasından şikayətçiyəm. Mobil telefon söhbəti ilə serialı uzatmaq doğru deyil. “Kurtlar Vadisi”ndəki zorakılıq səhnələrindən də şikayətçiyəm. Nazir dostuma da dedim. Uşaqlar da baxır. Vaxtını saata 23.00-dən sonraya dəyişdirmək lazımdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar