Martın 10-da Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində ("Kapellhaus") Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası tələbələrinin iştirakı ilə "Ariya və mahnı axşamı" keçiriləcək. Mahnı və ariya ifaçılarını fortepianoda İlahə Sadıxova və Dilarə Kərimova müşayiət edəcək. Proqramda İ.Bax, V.Motsart, C.Perqolezi və başqa dünya bəstəkarlarının əsərləri ifa olunacaq./ANSPRESS/