Cavid Osmanov Novruza həsr etdiyi bir layihəni gerçəkləşdirib.
Şərq təqviminə görə baharın və yeni ilin başlanğıcını bildirən bu bayramı tək ölkəmizdə deyil, dünyanın bir çox yerində qeyd edirlər. Trend-Life-ın verdiyi məlumata görə, ANS-in teleradio aparıcısı Cavid Osmanov Novruza həsr etdiyi bir layihəni gerçəkləşdirib.
Onun yaratdığı hər bir obraz Novruzun dörd ünsürünü - su, od, torpaq və havanı özündə əks etdirir. Cavid Osmanovun bodi-artı üzərində stilist Aynur Mahmudova işləyib.