ANS "İlin ən yaxşı televiziya kanalı" adna layiq görülüb
24 Dekabr 2009 Cümə Axşamı 20:30
“Uğur 2009” mükafatı yeddi müxtəlif nominasiya üzrə təqdim edilib
Bu gün ANS Media və Yayın Şirkəti "İlin ən yaxşı televiziya kanalı" mükafatına layiq görülüb. Mükafatı Milli Mədəniyyətin Təbliği Mərkəzi təqdim edib. “Uğur” mükafatı 2005-ci ildə təsis olunub. Artıq 5-ci ildir ki, dekabr ayının 25-də "Uğur" mükafatı müхtəlif nominasiyalar üzrə təqdim olunur. Uğur mükafatının təsisçisi Milli Mədəniyyətin Təbliği Mərkəzinin direktoru, dramaturq Arif Mədətovdur. “Uğur 2009” mükafatı yeddi müxtəlif nominasiya üzrə təqdim olunub.

“Uğur 2009” mükafatına layiq görülənlərin siyahısını sizə olduğu kimi təqdim edirik.

1. İlin ən yaxşı şairi - Xalq şairi Nəriman Həsənzadə (şərəf və ləyaqətinə görə).
2. İlin ən yaxşı bəstəkarı - Xalq artisti Firəngiz Əlizadə (bəstəkarlıq fəaliyyətinə görə).
3. İlin ən yaxşı rejissoru – Rövşən Almuradlı (“Cavad Xan” filminə görə).
4. İlin ən yaxşı televiziya kanalı – ANS Media və yayım Şirkəti (aktual televiziya layihələrinə görə).
5. İlin ən yaxşı muğam ifaçısı – Xalq artisti Mənsum İbrahimov (gözəl muğam ifaçılığına görə).
6. İlin ən yaxşı teatr rəhbəri – N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Taterının direktoru İslam Həsənov (nümunəvi rəhbərliyinə görə).
7. İlin ən yaxşı ifaçısı - Əməkdar artist Mirnazim Əsədullayev (ifaçılıq qabiliyyətinə görə).
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar