Amerikanın Qospel ansamblıAzərbaycanda çıxış edəcək
15 İyun 2011 Çərşənbə 13:56
ABŞ-ın Missisipi ştatından olan 4 nəfərdən ibarət “Qospel” musiqi Ansamblı ABŞ Dövlət Departamentinin “Ritm Yol Proqramı”a uyğun olaraq iyunun 14-17-də Azərbaycanda olacaq.
 ABŞ səfirliyindən APA-ya verilən məlumata görə, ansambl Bakı, Kürdəmir və Xaçmaz şəhərlərində konsert verəcək, həmçinin Bakı Musiqi Məktəbi, Bakı Caz Mərkəzi və Xaçmazda yerləşən “Amerika Guşəsi”ndə təcrübələrin i yerli musiqiçilərlə bölüşəcəklər.

Qeyd olunub ki, Qospel musiqisi ənənəvi Amerika caz və blüz musiqilərinə bənzəyən yüksək enerjili, ritmik bir musiqidir. Qospel musiqisi mənşəyini Afrika mənşəli Amerikalıların kilsələrdə ifa etdikləri dini mahnılardan götürüb.
“Melvin Villiyams” Qrupu qospel, caz, hip-hop musiqiləri yüksək emosiyaların qatışığı olaraq ABŞ-da, xaricdə kifayət qədər dinlənilir. Bu yaxınlarda Moskvada verdikləri konsertdən sonra qrupun rəhbəri Melvin Villiyams deyib ki, bütün dünyada auditoriyası olan qospel və başqa musiqilərə öz bağlılıqlarını göstərmək üçün Azərbaycanda nə vaxt ifa edəcəklərini səbirsizliklə gözləyirlər: ”Biz bütün dünyada dinləyici kütləsi yığmış qospel və digər musiqilərə olan bağlılığımızı Azərbaycanda göstərməyi səbrsizliklə gözləyirik”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar