AMEA-ya 1 milyon manat ayrılıb
16 Mart 2011 Çərşənbə 22:28
Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazası möhkəmləndiriləcək
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncama əsasən Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində xüsusi xidmətləri olan Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarının restavrasiyası, habelə tarixi əhəmiyyətli yeni muzey əşyalarının alınması üçün Prezidentin Ehtiyat Fondundan AMEA-ya 1 mln. manat məbləğində vəsait ayrılır.

Maliyyə Nazirliyinə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək, AMEA-nın Rəyasət Heyətinə ayrılmış vəsaitdən Milli Azərbaycan Tarixi Muzeyinin təqdim etdiyi plana əsasən aidiyyəti üzrə istifadə olunmasına nəzarəti təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar