Azərbaycanın Xalq Artisti Alim Qasımovun İranda diskləri satışa çıxarılıb.
Məlumata görə, disklərə xanəndənin 2000-2004-cü illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda, bu il mayın 13-də Tehranda keçirdiyi konsertdən bir səhnə daxil edilib.
Xanəndənin 2000-ci il konserti iki ədəd CD, 2004-cü il konserti isə bir ədəd DVD formatında buraxılıb.
Disklər Tehranın “Avaye Barbad” Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.
Alim Qasımovun diskləri İranda satışa çıxarıldı
Disklər “Avaye Barbad” Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satılır.




Şərhlər