Alim Qasımov Polşada keçirilən beynəlxalq festivalın açılışında iştirak edib
26 Sentyabr 2012 Çərşənbə 19:21
Azərbaycanın xalq artisti Alim Qasımov Varşava (Polşa) şəhərində keçirilən “Mədəniyyətlərin kəsişməsi” beynəlxalq festivalının açılışında iştirak edib.
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, muğam ustadı tədbirdə qızı Fərqanə Qasımova və qrupu ilə birlikdə çıxış edib.
Tamaşaçılar Azərbaycan xanəndələrinin möhtəşəm ifasını və səhnə performansını heyranlıqla izləyib.
Konsertdən sonra Alim Qasımov və onu müşayiət edən şəxslər Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova və üzvləri ilə görüşüb.
DOSTLARINLA PAYLAŞ: