Alim Qasımov London və Nyu-Yorkda konsert verəcək
15 Yanvar 2010 Cümə 16:15
Azərbaycanın xalq artisti, muğam ustası Alim Qasımov yaxın günlərdə Böyük Britaniyaya gedəcək.
Ailəsindən APA-ya verilən məlumata görə, A. Qasımov Londonda iki günlük konsert proqramı ilə çıxış edəcək.

Britaniyaya səfəri yekunlaşdırdıqdan sonra xanəndənin növbəti səfəri ABŞ-a olacaq. Onun Nyu-Yorka səfəri həm konsert, həm də yeni albomun təqdimatı məqsədi daşıyır.

A. Qasımov Bakıda da xüsusi proqramla çıxış etmək niyyətindədir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar