Alim Qasımov: "İki ifaçı ilə böyük bir konserti yola verdik"
06 Oktyabr 2010 Çərşənbə 11:25
Xalq artisti və qızı Fərqanə Qasımova Almaniyadan qastrol səfərindən dönüblər.
Azərbaycanın muğam sənətini bütün dünyada layiqincə təmsil edən xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova qastrol səfərindən dönüblər. Xanəndələr bu dəfə almanları muğamın sehrinə salıb. Hər iki sənətçi Almaniyanın Boxum şəhərində keçirilən nüfuzlu beynəlxalq festivalda konsert proqramı ilə çıxış ediblər.

Dünyanın bir çox məşhur sənətçilərinin qatıldığı festivalda muğam ifaçıları "Mahur" təsnifi, "Şur dəstgahı", həmçinin Azərbaycan bəstəkarı Cahangir Cahangirovun "Durnalar" mahnısını ifa ediblər.

Xalq artisti Alim Qasımov konsertlə bağlı təəssüratlarını ANS-ə bölüşüb: "Allahın köməyi ilə 4 musiqiçi qrupu və iki ifaçı ilə böyük bir konserti yola verdik. İndi əlimizdən gələn enerjini orada qoyduq. Konsertin nə qədər gözəl olduğu sonda bilinəcək. Yenidən bizi dəvət etsələr, deməli nəsə etmişik, çağırmasalar demək heç nə edə bilməmişik".

Konsert proqramı iki saata yaxın davam edib. Alim və Fərqanə Qasımovların təkrarolunmaz ifalarını tamaşaçılar alşıqlarla qarşılayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar