Alim Qasımov haqqında kitab çıxıb
02 İyun 2011 Cümə Axşamı 11:32
Filologiya elmləri doktoru, professor Kamil Vəlinin Alim Qasımov haqqında “Səs” kitabı çapdan çıxıb.
Filologiya elmləri doktoru, professor Kamil Vəlinin “Səs” kitabı çapdan çıxıb. APA-nın məlumatına görə, esse-kollaj janrında yazılmış roman-kitab xanəndə Alim Qasımova həsr olunsa da, muğam sənətinin dünəni və bu günü ilə bağlı bir çox mətləblərdən bəhs edir. “Səs”in redaktoru şair Qulu Ağsəs kitaba “İki Alimin səsi” adlı ön söz yazıb. “Nurlan” nəşriyyatında 300 tirajla buraxılan kitab Alimsevərlərə hədiyyə ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar