Aktyor Devid Keradaynın meyiti Bankokda tapılıb
04 İyun 2009 Cümə Axşamı 20:50
Onun ölümünün səbəbləri ilə bağlı bir neçə versiya var

 

Tailandın paytaxtı Bankokda Hollivud aktyoru, Uma Turmanın tərəfdaşı və Kventin Tarantinonun "Billi öldürməli" filmində baş rolun ifaçısı Devid Keradaynın meyiti tapılıb. ANS PRESS-in "Associated Press"ə istinadən yaydığı məlumata görə, ABŞ-ın bu ölkədəki səfirliyinin nümayəndəsi Maykl Terner 72 yaşlı aktyorun ölüm faktını təsdiq edib. O, Keradaynın çərşənbə günü gecə və ya cümə axşamı səhər öldüyünün ehtimal olunduğunu bildirib. Lakin hadisənin təfərrüatı barədə məlumat verməyib.

Digər məlumatlara görə, aktyorun meyiti yol kənarındakı oteldən tapılıb və çox güman ki, o özünə qəsd edib.

Keradayn aktyorlar ailəsində dünyaya gəlib. O, 1970-ci illərdə çəkilən "Kun-fu" serialı və Tarantinonun filmində aldığı rolla şöhrət tapıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar