Akif Aşırlının kitabı işıq üzü görüb
28 Mart 2011 Bazar Ertəsi 14:00
Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı işıq üzü görüb
Bakı – APA. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” kitabı işıq üzü görüb. APA-nın xəbərinə görə, kitab ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətllərdən bəhs edir.
Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr öz əksini tapıb. “Azərbaycan”, “İstiqlal”, “Hümmət” kimi mətbu orqanları ilə yanaşı, ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən, 1918-ci ildə Tiflisdə nəşr olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. Bununla yanaşı, kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabı da ilk dəfə olaraq müasir əlifbada işıq üzü görərək kitaba daxil edilib.
Martın 29-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında kitabın təqdimatı keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: