Ağaxan Abdullayev Türkiyədə müalicə olunur
08 Oktyabr 2010 Cümə 19:15
Tanınmış muğam ustası, xalq artisti Ağaxan Abdullayev Türkiyədə müalicə olunur.
Xanəndənin yaxın dostu, kaman ustası Firuz Əliyevin verdiyi məlumata görə, Ağaxan Abdullayev artıq 2 aya yaxındır ki, Türkiyədədir.
“Bir müddət əvvəl qulağının biri eşitmədi. Müayinədən sonra məlum oldu ki, burunla qulaq arasına çirk yığılıb. Hazırda Türkiyədə bunun müalicəsini edirlər. Oğlu da Ağaxan müəllimlə Türkiyədədir. Tez-tez zəng vurub səhhəti ilə maraqlanıram. Oğlunun dediyinə görə, Ağaxan müəllim özünü yaxşı hiss edir”, - deyə o bildirib.
F.Əliyevin sözlərinə görə, Ağaxan Abdullayev 5-10 gündən sonra Bakıya qayıtmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: