Afaq Bəşirqızı qəzet redaktorunu məhkəməyə verib
20 Noyabr 2009 Cümə 22:00
Afaq Bəşirqızı və Sağlam xəbər qəzeti redaktoru Ramil Cəfərli münasibətlərini noyabrın 26-da aydınlaşdıracaq.
Afaq Bəşirqızı "Sağlam xəbər" adlı qəzetin redaktoru Ramil Nəcəflini məhkəməyə verib. Bununla bağlı Yasamal rayon məhkəməsində proses noyabrın 26-da keçiriləcək. Qazet redaktorunun sözlərinə görə, A.Bəşirqızını özündən çıxaran bu qəzetdə çıxan "Afaq Bəşirqızının ayaqları tutula bilər, əgər yenidən əməliyyat olunmasa" başlıqlı yazısı olub.

Belə ki, qəzetdə A.Bəşirqızının həkim Eldar Abbasov tərəfindən diz qapaqlarından əməliyyat olunduğu, bu əməliyyatın isə uğursuz keçdiyi qeyd olunub.

Məqalədə o da yazılmışdı ki, A.Bəşirqızı yenidən əməliyyat olunmaq üçün xaricə üz tuta bilər.  ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar