ABŞ səfiri Qəbələdəki musiqi festivalına qatılıb
24 İyul 2011 Bazar 15:36
Metyu Brayza festivalda səslənən musiqi parçalarından böyük zövq aldığını deyib.
Qəbələ rayonunda III Beynəlxalq Musiqi festivalı keçirilir. Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın rəsmi açılış mərasimi iyulun 30-da baş tutacaq. Festival avqustun 5-nə qədər davam edəcək.

Tədbirin iştirakçıları arasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Metyu Brayza da var. Səfir jurnalistlərə müsahibəsində festivalda səslənən musiqi parçalarından böyük zövq aldığını bildirib. “Bu dünyanın ən gözəl yerlərindən biri olan Qəbələdə vokal musiqisinə qulaq asmaq yaxşı bir imkan idi. Gözəl musiqi parçalarını dinləməkdən, azərbaycanlı dostlarımla burada olmaqdan böyük məmnunluq duyuram. Təbii ki, gələn il də bura gəlməyə çalışacağam. Ümid edirəm ki, bu festivala hələ çox gələcəyəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar