ABŞ kinoaktyorlar Gildiyası mükafatlarını payladı
24 Yanvar 2010 Bazar 12:40
ABŞ kinoaktyorlar Gildiyası mükafatlarını payladı. Sanrda Ballok ən yaxşı kinoaktrisa adına layuq görülüb.
Los-Ancelesdə ABŞ kinoaktyorlar Gildiyası (Screen Actors Guild) mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Rejissor Kventin Tarantinonun “Bədnam yaramaz" ("Inglourious Basterds") kinoaktyorlar gildiyasının ən yaxşı filmi adına layiq görülüb. Film İkinci Dünya Müharibəsindən bəhs edir. Rejissor parodiya janrında yəhudi intiqamçılardan ibarət qrupun onlarla nasistlərə əziyyət verməklə öldürməklərindən, sonra isə Hitler və onun tərəfdaşlarını güllələməsini lentə köçürüb.
Rejissor etiraf edib ki, həqiqətən tarixi film çəkmək fikrində olmayıb, sadəcə o, 1960-1970-ci illərin üslubunda film istehsal etmək istəyib.

Artıq kinotənqidçilər “Bədnam yaramaz" filminin Amerika Kinoakademiyasının təsis etdiyi "Oskar" mükafatına 7 dəfə namizəd olacağını proqnozlaşdırırlar.

Ən yaxşı kinoaktyor adını Ceff Brijes (Jeff Bridges) ("Dəli ürək"-"Crazy Heart"), ən yaxşı kinoaktrisa isə "Görünməz tərəf" ("The Blind Side" filmindəki roluna görə Sandra Ballok (Sandra Bullock) elan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar