76 yaşlı Siyavuş Aslan: Mənim üçün ən böyük qazanc sizlərin sevgisidir
05 Sentyabr 2011 Bazar Ertəsi 14:56
Siyavuş Aslan: Ad günümdə özümə Allahdan can sağlığı diləyirəm.
Ad günümdə özümə Allahdan can sağlığı diləyirəm. Elə sizlərə də bunu arzulayıram. İstəyirəm ki, hər birinizin canı sağ olsun, sülh və əmin-amanlıq içində olasınız. Ən əsası, üzünüz həmişə gülsün”. Bu sözləri APA-ya açıqlamasında bu gün 76 yaşını tamamlayan xalq artisti, Azərbaycanın teatr və kino tarixində unudulmaz obrazlar ifa edən Siyavuş Aslan bildirib. O, doğum günündə “mənim üçün ən böyük qazanc sizlərin sevgisidir, özümün və sizin can sağlığıdır” deyib: “Bu gün çoxsaylı zənglər almışam. Ancaq sözün düzü, incikliyim çoxdur. Ancaq yenə də canları sağ olsun... Nə deyim vallah, bu gün hər şeyi demək istəmirəm. Sağalım, çox danışacağıq”.
Ad gününü təmtəraqla qeyd etməyəcəyini söyləyən məşhur aktyor “müalicədəyəm, ad günümü qeyd edə bilmirəm” sözlərini ilə fikrini yekunlaşdırıb. S. Aslan doğum günündə onu yada salan insanlara APA vasitəsilə minnətdarlıq edib.
Sənətkarın bu müddət ərzində nitqindəki problemin aradan qalxdığını qeyd etmək də yerinə düşərdi. O, artıq sualları sərbəst cavablandırır və fikirlərini kifayət qədər yaxşı çatdıra bilir. apa
DOSTLARINLA PAYLAŞ: