3D qrafikası ilə istehsal olunan “Onun ürəyi” filminin təqdimatı keçirilib
02 İyun 2011 Cümə Axşamı 11:08
Teatr Xadimləri İttifaqının tamaşa zalında Azərbaycanda ilk dəfə nağıl-müzikl janrında istehsal olunan “Onun ürəyi” filminin təqdimatı keçirilib.
APA-nın məlumatına görə, mərasimi şagirdlərini fasında rəqs nömrələri ilə açılıb. Daha sonra Aytən və Aytac İsayeva bacıları, Aysel İbrahimova, Zülfiyyə Xanbabayeva musiqi parçaları ilə çıxış ediblər. Filmin kompozisiyasına uyğun hazırlanmış tədbirin musiqili hissəsi başa çatandan sonra Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadə filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Nağıl-müziklin ssenari müəllifi və rejissoru Samir Kərimoğlu 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə balaca balaları təbrik edərək filmi onların ixtiyarına verməkdən məmnun olduğunu bildirib. 3D qrafikası ilə istehsal olunan filmin dinamikası, ritmi, musiqiləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunan filmdə baş rolları Murad Abdullayev, Aysel İbrahimova ifa edirlər. 25 dəqiqəlik filmin çəkilişləri Bakı və İsmayıllıda gerçəkləşib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar