Mən Azəri Türküyəm
Lalə Gül
03 May 2011 Çərşənbə Axşamı 00:05
Əlimdə qələmim silah.
Yazdığım hər söz bir güllə.
Silahım əlimdə qələm.
Hər atəşim odlu cümlə.
Hər geyimim hərbi geyim.
Hər an döyüşə hazıram.
Hərbi geyim içində də
Mərhəməti unutmuram.
Mən Azəri Türküyəm.
Isti yatağım da cəbhə.
Keşik çəkir xəyallarım.
Cəbhə mənə isti yataq.
Orda yatır arzularım.
Atam, anam baş komandan.
Bu böyüklərə hörmətim.
Baş komandan atam,anam.
Budur mənim sədaqətim.
Mən Azəri Türküyəm.
Havam, suyum, ruzim vətən.
Vətən mənim sərvətimdir.
Qeyrətim əlimdə bayraq.
Bayrağımsa qeyrətimdir.
Iradəmin əmrindəyəm.
Nəfsim isə əmrimdədir.
Yarı gücüm qəzəbimdə,
Yarı gücüm səbrimdədir.
Mən Azəri Türküyəm.
Başqalarının haqqını
Haqqım deyib almaram.
Kimsəyi alçaltmadım.
Özüm də alçalmaram.
Verdiyim söz rəsmi sənəd.
Etibarım imanımdır.
Sözümdən döndüyüm məqam
Mənim ölüm fərmanımdır.
Mən Azəri Türküyəm.
Keçmişimin izi bəlli.
Inkişafda bugünlərim.
Sabahımdan iki əlli
Yapışıbdır ümidlərim.
Vətənimin daşı, suyu,
Havası mənim balamdır.
Mən anayam, 1 balam var.
O da vətənə qurbandır.
Mən Azəri Türküyəm.
Qəlbi kövrək,ruhu aslan.
Əl sıxmağa hər an hazır.
hər əməlim, sözüm kitab.
Hər şəhidim tarix yazır.
Şəhadətim dilimdə himn.
Himnim isə şəhadətdir.
Vətən mənə oğul desin.
Qələbəmə kifayətdir!!
Lalə GÜL