Bu şeir deyil
Lalə Gül
20 Avqust 2011 Şənbə 01:16
Bu nədir, şeirmi yazmisan mənə?
Söylə, sevgimizə necə qiymisan?
Aləmə siğmayan bu məhəbbəti
Nə haqqla vərəyə sən siğdirmisan?
Bu ki şeir deyil, bu ki zindandir.
Eşqimi vərəyə sürgün etmisən.
Mən elə bilirdim ürəyindəyəm
Sən demə dilində, əlindəymişəm.
Necə söz tapmisan mənə yazmağa?
Mən də düşünürdüm acizdir dilin.
Bu eşqi tərifə cümlələr yetməz.
Sənə bir səhfəsi yetib vərəqin.
Axi susa – susa danişirdiq biz.
Qulaq batirirdi ürək səsimiz.
Sən isə vərəqlə piçildaşirsan.
Oturub səssizcə şeir yazirsan.
Söylə, niyə kəsdin gur səsimizi?
Bizi bu məhəbbət div eyləmişdi.
Qələmin ucunda kiçiltdin bizi.
Ayri dünyamiz var deyirsən mənə.
Hani? Bu dünyanin içindəymişik.
Yox – yox bu dünya da bizə genişdi.
Biz ki iki bəndlik şeirdəymişik.
Tək mənim qəlbimi qirmadin bugün.
İncitdin şeiri, sözü, cümləni.
Məni şeirlərdə axtaran oğlan
Elə şeirdə də itirdin məni......
 
Lalə GÜL