Gözlərin Dili
Lalə Gül
22 Oktyabr 2011 Şənbə 20:35

Dilini zəncirləyib
Niyə baxırsan elə?
Mən gözlərin dilini
Öyrənməmişəm hələ.

Nə yaman asan imiş
Dildən dilə danışmaq.
Nə yaman çətin imiş
Göz dilində baxışmaq.

Yanağına yaş düşdü.
Yazmaqmıdır ağlamaq?
Kipriklərinmi qələm,
Yanaqlarınmı varaq?

Kaş ki mən də biləydim
Bu dili sənin kimi
Kaş baxaydı gözlərim
Sənin gözlərin kimi.
 
Lalə GÜL