Misirli hücumçu Məhəmməd Salah Liverpulun ən bahalı oyunçusu oldu
03 İyul 2018 Çərşənbə Axşamı 17:30
Son vaxtların populyar futbolçusu Məhəmməd Salah imzaladığı yeni müqavilədən sonra Liverpul klubunun ən çox qazanan futbolçusu olub.
Yeni müqaviləyə əsasən, Salah 2023-cü ilədək Liverpul klubunun formasını geyinəcək və həftəsinə 200 min funt (226 min avro) qazanacaq.

Məhəmməd Salah 2017-ci ilin yayında “Liverpul” klubuna “İtaliyanın “Roma” klubundan keçib.

Onun transfer qiyməti 42 milyon avrodur. 26 yaşlı futbolçu ötən sezon premyer-liqada 36 oyuna 32 qol vurmaqla rekord qırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar