Qorxuram dünya düzələ
Lalə Gül
20 Avqust 2011 Şənbə 01:17
Qorxuram dünya düzələr.
Mən necə şeir yazaram?
Hər şey getsə öz yolunda.
Mən büdrəyərəm, azaram.
Çəksə meyli düzəlməyə
Əlac qalar son həmləyə.
Ilişərəm söz cümləyə
Oturub bir – bir yozaram.
Birdən durar sözü üstə.
Daha yatmaz üzü üstə.
Əyilməsə....düzü üstə
Əyri bir qəbir qazaram.
Bunlar hamısı hekayədir.
Düzəlməz atam,
           Dəlidir, nədir?
Yaxşı ki, dünya əyridir.
Hələ əyridən yazıram.
 
Lalə GÜL