Qarabağ klubu satıldı
03 İyul 2018 Çərşənbə Axşamı 17:34
2014-cü ildə Orxan Vəliyev adlı azərbaycanlı tərəfindən açılmış Qarabağ klubu fəaliyyətini rəsmən başa vurub.
Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Qarabağ klubu fəaliyyətini dayandırıb.

Klubun İdarə Heyətinin tərkibi və adı dəyişdirilib. 2-ci Liqada fəaliyyət göstərən klub bundan sonra “Mauerverk” adlanacaq. Klub sonuncu dəfə iyunun 30-da “Qarabağ” adı ilə “Ştadlau” komandası ilə son matçını keçirib.

Qeyd edək ki, bu klub 2014-cü ildə Orxan Vəliyev adlı azərbaycanlı tərəfindən açılmışdı. Bu komandada Avstriya türkləri ilə yanaşı, Dmitri Nağıyev, Elvin Bədəlov, Emil Fərzəliyev kimi azərbaycanlı futbolçular çıxış edirdi. Artıq Dmitri Nağıyev “Sumqayıt” klubu ilə bir illik müqavilə bağlayıb. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar