Bir Mən Bir Gecə
Lalə Gül
19 Yanvar 2012 Cümə Axşamı 01:50
Yenə tək qalmışıq..
                        bir mən..bir gecə..
Yenə otağımda mən boyda gecə.
Yenə biz əl – ələ tutub gecəylə.
Dərdlərin üstündən keçəcik bugün.
Yenə pozmayacıq adətimizi.
Doyunca göz yaşı içəcik bugün.
Alar əllərimi qara ovcuna
Əlimin kirlərin gizlədər gecə.
Sıxar sinəsinə xəstə ruhumu.
Məni günahlardan tərlədər gecə.
Gecə kipriyimdən asar özünü.
Gecə nəfəsimdən dolar sinəmə.
Gecə saçlarımla boğar özünü.
Gecə ulduz olar yağar üstümə.
Yansın binaların ulduzları da.
Gecəmi əlimdən alan olmasın
Zülmət qaranlığa büründüm..
                                    heç kim
Gecəni əynimdən soyundurmasın.
Gecə tökülməyə başlar üstümdən
Günəş otağıma dolar gizlicə.
Sinəmdə, saçımda, kirpiklərimdə.
Mənimlə sabaha çıxar bir gecə.
 
Lalə GÜL