Soğan
Lalə Gül
02 İyul 2011 Şənbə 20:31

Sənə yalan deyirəm
Hər soğan doğrayanda.
Məni soğan ağlatmir
Sən düşündüyün kimi.
Aldadiram mən səni
Hər soğan doğrayanda.
Ağlayanda.....ağlayanda
Doğrayiram soğani.

Bilmirəm inanirsan,
Ya elə görsənirsən.
Yəqinki inanmirsan.
Hər soğan doğrayanda
Sən mənali – mənali
Gözlərimi süzürsən.
Soruşursan.....
Yenəmi ağlayirsan?
Yenə yalan deyirəm.
Hər dəfə yenə, yenə.
Deyib gizlənirəm mən
Soğanin arxasinda.
Dodağima qondurub
Məcburi təbəssümü
İki daş arasinda.
Sənə deyirəm yalan.
Tək mən ağlamiram ki,
Həm təbəssüm ağlayir,
Həm əlimdəki soğan.

Sən baxma göz yaşina
Əlimdəki soğanin.
Qəlbi də soğandandir
Əlimdəki soğanin.
Bir dəfə əl uzadib
Silmək bilməz gözümü.
Səni aldatmaq üçün
Nəvaxt kömək istəsəm
Min ədaya bürünüb
Naza çəkər özünü.
Öz dərdin də yükləyər
Gözlərimə bu zalim.
Çox ağir cəza verər
Səni aldatmağima.
Göz yaşim da dirənər
Gözümün qapisina.

Gözümün qapilarin
Döyər göz yaşim, döyər.
Qapini açmaq üçün
Mən soğan soymaliyam.
Bağişla yalanimi.
Başqa çixiş yolum yox.
Axi hər ağlayanda
Səni aldatmaliyam.
Aldadiram səni də.
Aldadiram məni də.
Əlimdəki soğan da
Ortaq olur yalana.
Sən gözümə baxirsan
Soğana da əyil bax.
Nələr demək istəyir
Biçağimin altinda
Hey çirpina çirpina.
Doğrayiram dilini
Bu yaziq soğanimin.
Doğrayiram dilini
Ən böyük yalanimin.
Səni aldatmaq üçün
Dönüb cani oluram.
Amma zalim deyiləm.
Bax doğraya – doğraya
Soğani ağlayiram.
Bişirirəm yeməyi
Beləcə yavaş – yavaş.
Qazaniram beləcə
Bu kədərli savaşi.
Şikayət eləyirsən
Yemək çox duzlu olub.
Axi mən neyləyim ki,
Duzlu olur göz yaşi.
Sənin də gözlərində
Kədər görürəm bugün.
Bəhanəmi gəzirsən
Dərdini gizlətməyə?
Yeməyi bişirməyə
Bugün heç taqətim yox
Deyib ağlamaq üçün
Yardim edimmi sənə?
Soğan verimmi sənə?
Ağla hönkür – hönkür
Ağla, rahatla.
Soğan soya – soya
Ağla, rahatla.
Soruşum gözünə
Düz baxa – baxa.
Ağlayirsanmi??
Dodağina qondur
Yalançi gülüş.
Gözünü gözümdən
Qaçir mənim tək.
Soğandandir deyib
Rahatlat məni.
Nolar ki, bugün də
Sən aldat məni...
 
Lalə GÜL