Hər kəsin özünə məxsus iqtisadiyyatı
Sərvər Qurbanov
09 Fevral 2010 Çərşənbə Axşamı 13:09
           İqtisadi həcmini nəzərə aldığımızda, Almaniya, ümüm daxili məhsul baxımıdan dünyada üçüncü sırada yer alan bir ölkədir. Almaniyada dövlət, xalqa qarşı cox funksiyalar yerine yetirməyi öz üzərinə götürdüyü üçün bu ölkədə vergilər cox yüksəkdir. Ümüm daxili məhsulun 47 faizi vergilərlə Alman dövlətinə gedir. Amerikada bu rəqəm 32 faizdir. Yəni dövlətin iqtisadi həyatdakı yeri Almaniyada daha böyük bir nisbəti işarət edir.

            Almaniyada əlavə dəyər vergisi var. Bu əlavə dəyər vergisi, Türkiyə`də və bir çox ölkədə olduğu kimidir. Satışlarda yığılan ƏDV-dən, alışlarda ödənən ƏDV çıxarılır və aradakı fərq əlavə dəyər vergisi kimi dövlətə ödənir. Amerikada əlavə dəyər vergisi yoxdur. Bunun yerinə, ancaq son satış mərhələsində ödənən satış vergisi var. Bu satış vergisini müəyyənləşdirmək isə, ştatın öhdəliyindədir. Bir ştatda 11 faiz olan satış vergisi, başqa bir ştatda 13 faiz olabilir ya da heç vergi olmayabilir. 
       
            Almaniya-da işçi birlikləri, sindikatları çox güclüdür. Bu da Alman ekonomisindəki elastikiyəti azaldır. Müqayisə aparanda, Amerikan ekonomisində daha elastik bir strukturun olduğu görülür. Almaniya sosyal dövlət olmaq prinsipinə o qədər əhəmiyyət verir ki, şirkətlərin idarə heyətində işçiləri də təmsil edən qrup var. Bu rəqəm idarə heyətinin üçdə biri qədərdir. Məsələn, idarə heyətində, 15 nəfər varsa, bunun 5 nəfəri şirkət  sahiplərindən, 5 nəfəri menecer təbəqəsindən, 5 nəfəri isə işçi təmsilcilərindən meydana gəlir.
           
            Amerikada isə banklar daha güçlü pozisyadadırlar. Overdraft dedikləri bir məsələ var. İzah edək: Plastik kartınızda, 40 dollar olsun. Hər hansı bir süpermarketə getdiniz və satın aldığınız mallar 40 dollar 1 sent yekununa çatdı. Plastik kartı istifadə etdiniz. Sizə verilən 40 dollarlıq həddi keçdiyiniz üçün bank tərəfindən cərimə olunursunuz: 32 dollar. Onlayn bank sistemində, məlumatlar sizə ayda bir gəlir. Əgər özünüz kartınızdakı pulun hesabını etməzsəniz, faizləri ilə birlikdə cəriməniz, 400 – 500 dollara çatabilər qısa müddət ərzində. Amerikada hərkəs bu mövcud praktiki haldan narazıdır. Overdraft nəticəsində bankların əldə ettikləri gəlirlər, onların gəlir mənbələri arasında başlıca yer tutur.
 
            Amerika və Türkiyə sosial baxımdan müqayisə edildiyində isə daha fərqli bir mənzərə ortaya çıxır. Belə ki, Amerikada cavanların əksəriyyəti universitet təhsili almağa başladıqları dövrdən etibarən işləməyə də başlayırlar. Bu gənclər, ailələrindən ayrı yaşayırlar. Türkiyədə iqtisadi böhran baş versə, işdən çıxarılan bir cavan insan evli də olsa öz valideynlərinin yanında qalmağa başlayabilər. Amma Amerikada bir gəncin işdən cıxarıldığı üçün ailəsinin yanına qayıtması cox böyük fəlakət kimi qiymətləndirilir.  Buna görə də, iqtisadi böhran Amerikada sosial böhrana çevriləbilər asanlıqla. Bu da, Amerikan cəmiyyətini gözləyən təhlükələrdən biridir təəsüflər olsun ki. Təəsüflər olsun ki, deyirəm, çünki Amerika bugün iqtisadi həcmi və dünyanın hər yerində işlədilən milli pulu ilə, dünya üzərində iqtisadi tarazılığın davam etməsinə imkan verir. Daha əvvəl dollarda baş verən bir problemdə, Amerikan dövlət orqanlarından birinin təmsilcisinin digər ölkələrin təmsilcilərinə dediyi kimi : “Pul bizim, problem sizin!”. Yəni dollarda baş verən problemlər, Amerikadan cox, dollarla investisiyaları olan tərəfləri maraqlandırır.
   
            Nəticəyə gəldikdə isə, görünür ki, hər ölkənin özünə xas şərtləri var. Dünyada bütün ölkələrin problemini həll edəcək tək bir çarə düsturu yoxdur. Ona görə də, hər ölkəni ayrı ayrı analiz edib, iqtisadi siyasətini ona görə tənzimləmək lazımdır.
 
            Sərvər Qurbanov