İnvestor yoxsa yazıçı
Sərvər Qurbanov
11 Yanvar 2010 Bazar Ertəsi 11:50
            Məhşur amerikalı yazıçı Mark Tveynin, əsil adı Samuel Langhorne Clemens-dir.  Samuel orta məktəb tələbəsi ikən çox dəcəl bir uşaq olub. Özü də bunu etiraf edir və deyir ki: “Həyəcanlı doğulmuşam”. Yazıçılıqdan sərvət qazanan adamlar arasında saymaq olar onu. Qazandığı pul ilə özünə, Connecticut əyalətinin paytaxtı Hartford-da imarət inşa edib – 19 lüks otağı və 5 hamamı olan bir evdə yaşamağa başlayıb. Tveyn pul qazanıb, amma səhv qərarlar verərək, cox da pul itirib. Nəşriyyat cihazlarına xərclədiyi 200 min dolları itirməsi buna nümunə olaraq göstəriləbilər. Və maraqlı bir fakt daha: Ona Aleksandır Graham Bell-in telefonuna investisiya qoymaq təklifi gəldiyində isə, bunu cox riskli olaraq qiymətləndirib və bu təklifi rədd edib. Amma daha sonra, şəxsi mülkə ilk telefon çəkdirən adam olub.
  
            Fəlakət axtaran
 
            Cek London haqqında bəlkə yuxarıdakı ifadəni istifadə etmək səhv olmaz. Anasının dediyinə görə, o pis dostların qurbanı olub. Buna görə də, 18 yaşında həbsxana təcrübəsi yaşayıb. Fiziki qüvvə ilə yox, ağlı ilə yaşamağa qərar verəndə isə, gündə 14 saat yazmağa başlayıb. Yazı əsnasında, yemək yeməyi unudub. Dişlərinin əksəriyyətini başqaları ilə döyüşəndə itirib. Boksla məşğul olub.
 
             Məhşurların məhşur olmayan cəhətləri
           
            Yazıçı Elvin Vayt (Elwyn B. White), həmişə dünyada sülhün olması sahəsində fikirlər daşıyıb – o fikirlərini belə ifadə edib ki, “Dünyada bütün ölkələrin tək bayrağı olmalıdır. Bəzi qəzetlər onun fikirlərini təhlükəli kimi qələmə veriblər.

            Qara dərili xanım yazıçı Zora Neale Hurston Amerika-da diskriminasiya ilə üzləşib. Amma buna baxmayaraq rahat olub. Məsələn, metroya vermək üçün bir dilənçidən pul istəyib, ona söz verib ki, pulunu qaytaracaq. Bir dəfə, həkimə gedəndə isə acınacaqlı bir hadisə baş verib. Həkim onu təcili olaraq öz otağından çıxarıb və onu başqa bir yerdə müayinə edib ki, digər ağ dərili xəstələri onu görməsinlər.

            Edgar Allan Poe, digər yazıçıları həmişə tənqid edib. Onları başqalarının əsərlərini oğurlamaqla və qrammatik səhvlərə yol verməklə günahlandırıb. Poe-nin haqqında heç bir tənqid yazmadığı tək yazıçı isə Charles Dickens-dır.

            Xanım yazıçı Frances Hodgson Burnett özündən cox razı bir insan kimi tanınır. Bəziləri deyirlər ki, Xanim Burnett hava haqqında məlumatda belə özü haqqında kompliment tapabilirmiş.

            Robert Louis Stevenson isə, həyatının böyük qismini xəstə kimi çarpayıda keçirib. Vərəmə tutulsa da, vərəmdən yox, fəlcdən dünyasını dəyişib. Uşaqlıq illəri ilə bağlı çox şən şerləri olan bir yazıçıdır Stevenson. Hamı elə bilir ki, bu əsərlər əhval ruhiyyəsinin yüksək olduğu vaxtlarda qələmə alınıb. Əslində isə, məşəqqətli, ağrı və istirab dolu bitməz tükənməz gecələrdə, yarı qaranlıqda qələmə alınan əsərlərdi bunlar. Hətta ağ ciyər qanamasından ötrü həkimlər onun sağ əlini böyrünə bağlayıblar. O da zəhmətini daha da artıraraq sol əli ilə əsərlərini tamamlayıb.

            Qara dərili bir başqa yazıçı Langston Hughes isə, diskriminasiyanın mətləbinə çevrilib bəzi zamanlar. Ən pis təcrübəni isə, Atlanta-da yaşayıb. Aeroportda çətin vəziyyətdə qalıb, çünki heç bir taksi sürücüsü maşınına qara dərili sərnişin götürmək istəməyib.
 
Sərvər Qurbanov