Alimlərin Fikirləri
Sərvər Qurbanov
14 Mart 2009 Şənbə 23:12
        Sizlər üçün maraqlı olabiləcək iki tədbirdən söhbət açacam bugün. Universitet sənaye əlaqələrini ön planda tutaraq təhsil vermə ənənəsini davam etdirən Qafqaz Universiteti dünya təcrübəsini Azərbaycan`a qazandırmağa davam edir. Son vaxtlar ərzində, Universitetdə keçirilən iki tədbir, bu addımın davamı kimi qiymətləndiriləbilər. Bunlardan birincisi, İsveçrənin Zürih Texnologiya Universitetinin Prorektoru Prof. Dr. Niyazi Arının ziyarətidir. Universitet sənaye əməkdaşlığını ətraflı izah edən Prof. Dr. Niyazi Arı, həm Qafqaz tələbələri, həm də müəllimləri ilə ayrı ayrı görüş keçirib, maraqlı faktlardan danışıb. Prorektor, İsveçrə`də universitet müəllimlərinin sənayede və işdünyasında təcrübə topladıqdan sonra bu təcrübəni tələbələrlə bölüşdüyünü qeyd edib. Bundan əlavə, tələbələrin məzuniyyət ərəfəsində diplom işi olaraq şirkətlərin problemlərini həll etməyə çalışdıqlarından bəhs edib. Eyni problem səkkiz on nəfərlik tələbə qrubuna təqdim edilir və onlara bu problemi həll edilməsi tapşırığı verilir. Beləcə, bir problemə birdən cox həll tapılabilir. Bu növ təhsilə davam edən İsveçrə`də, iş axtarmaq probleminin olmadığını da ayrıca qeyd edilmiştir. Görüş ərəfəsində, diqqət mərkəzində olan müəyyən faktları da burada nəzərinizə çatdırmaq istəyirəm:
 
1. İsveçrə`də ən bahalı universitetin illik təhsil haqqı ancaq 1000 eurodur. Universitetlərin əsas gəlir mənbəyi onların maraqlandıqları layihələr olur. Kollektif, sənayedə tətbiqi mümkün olan bir layihəni öz üzərinə götürür və əsas elmi fəaliyyət bu məqamda baş verir.
 
2. İsveçrə`də ən yüksək elmi ünvan Doktorluqdur. Professor ünvanı isə, doktorluq dərəcəsini alıb, dərs deyən müəllimlərə verilir. Pensiyaya ayrılanda yaxud da müəllim olmayanda, Professor ünvanını istifadə etmək İsveçrə qanunvericiliyinə görə qadağan olunmuşdur.
 
3. İsveçrədə tələbələrə imtahan əsnasında nəzarətçi təyin etməyə ehtiyac duyulmur. Çünki, heç bir tələbə bilmədiyi mövzuları, imtahan əsnasında köçürdərək əldə etməyə cəhd etmir. Orta məktəblərdə isə israfa yol verilməməsinə xüsüsi diqqət yetirilir. Bir kitabın hər il fərqli tələbələr tərəfindən 10 – 15 il istifadəsi mümkün olabilir.

        İşlədiyi universitetdə öz arzusu ilə səhər saat 06:30 `da işə başladığını deyən Niyazi Arı, bir illik fəaliyyətinin də ilin əvvəlində bəlli olduğunu və plan üzrə iş gördüyünü deməyi müəllimlər və tələbələri arasında da xüsusi maraq doğurub.
        Qafqaz Universitetinin digər qonağı isə, İstanbul Universiteti İqtisadi Siyasət Bölmə Müdiri və İqtisadi Araşdırmalar Vəqfi Müdiri Prof. Dr. Əhməd İncəqara olub. Əvvəlcə, dünyada baş verən böhranın Türkiyə və Azərbaycan`a təsiri haqqında seminar verən Prof. Dr. Əhməd İncəqara, daha sonra müəllimlərlə elmi fəaliyyət və universitet sənaye əməkdaşlığı haqda xüsusi görüş keçirib. Deposit qəbul etməyən investisiya bankları üzərindəki FED (Amerika Mərkəz Bankı) nəzarətinin 2002-ci ildə qaldırılmasının bugünkü krizisə zəmin hazırladığını qeyd edən professordan krizisə qarşı tədbir almaq üçün tövsiyələr:
 
1. Əməyin intensiv istifadəsinin mümkün olduğu turizm sektoruna girin.
 
2. Öz ölkənizdən xammal alabiləcəyiniz sektorlarda fəaliyyətinizi arttırın və məhsuldarlığa (prodüktivitə)  xüsusi diqqət yetirin. Məhsuldarlığın artması krizisdə maya dəyərinin düşməyinə gətirib çıxaracaq.
 
3. Azərbaycan`ın idxal etdiyi məhsullara diqqət yetirin. Azərbaycan nəyi idxal edirsə, o sektorlarda fəaliyyət göstərməyə çalışın.

Sərvər Qurbanov