Tələbəlik illərində istəmək – 2
Sərvər Qurbanov
06 May 2009 Çərşənbə 14:31
        Keçən həftəki mövzuya davam edirəm. Müəyyən bir vaxt sonra, Amerikan iqtisadiyyatı mənə maraqlı gəlməyə başladı. Xüsusilə Amerikan Mərkəzi Bankının (FED) faiz qərarlarını bütün dünya təqib edərkən, mən də maraq dairəmə yeni bir mövzu əlavə etmiş oldum. Bu yazıya maraqla davam edən oxuyucu fikirləşəbilər ki, bəlkə FED-dən pul istəmişəm. Yox, elə bir hadisə başverməyib. Onun yerinə Amerika`da NBER adında bir müəssisə var. Yəni Milli İqtisadi Araşdırmalar Bürosu (National Bureau of Economic Research). Bu qurumun rəsmi internet saytına daxil oldum və oradan Amerikan iqtisadiyyatını uzun uzadıya ələ alan və analiz edən kitapları seçdim və o kitabları əlaqələndirici şəxsdən mənə göndərməyini xahiş etdim. İçində, Martin Feldşteyn (NBER rəhbəri ), Pavel Krugman (Beynəlxalq İqtisadiyyat Prefossoru, Nobel mükafatına layiq görüldü) və Jeymis Tobin (məhşur Tobin vergisinin banisi) kimi mötəbər elm adamlarının fikirlərinin də yer aldığı kitablar karton bir qutu içində verdiyim ünvana göndərilmişdi. Orada məktublarımı cavablayan vəzifəli şəxslərin səbri və göstərdikləri qayğılar həm diqqətimi cəlb etmiş, həm də xoşuma gəlmişdi.

        Bu mövzuda ən son hadisə belə oldu ki, Nədim Xəzər bir yazısında, “Arvadını Şapka Bilən Adam” adlı bir kitabdan bəhsetmişdi. Psixologiya haqqındakı bu kitabın mənim sahəmə heç bir dəxli yox idi. Amma mənə kitabın əhatə etdiyi mövzular cox maraqlı gəldi. Müəllif Oliver Zaksa e-mail göndərmək qərarına gəldim. Belə ki, Oliver Zacks 1933- cü ildə anadan olmuş və psixologiya sahəsində əvəzedilməz bir ünə çatmış elm adamıdır. Burada xəyalımda, mənim e-mailimi diqqətə almaz deyə bir fikir canlansa da elektronik poçtu göndərmək qərarına gəldim. Qısa bir müddət keçmişdi ki, bir gün evə qayıdanda, bir yerdə qaldığım yoldaşlarım dedilər ki, bugün sənə bir kargo şirkəti nəsə gətirdi. Böyük bir həyəcanla naylon zərfi açandan sonra gördüm ki, onun “Arvadını Şapka Sanan Adam” kitabı. Yapı Kredi nəşriyyatından 4.baskısı mənə hədiyyə olaraq göndərilmiş. İki gecədə bitirdiyim bu kitab, mənə bir cox mövzuda əvəzedilməz biliklər qazandırdı.

        Bugün tələbəlik illəri geridə qaldı. Ama keçmişin xatirələrini yad edəndə, bu təcrübələrin hamısı xəyalımda xoş bir səhnə kimi canlanır. Tələbə ikən istəyəndə insan sıxılmamalıdır. Tələbəlik illərində müvəqqəti çətinliklər nəcə əziyəti keçmiş, xatirəsi yaddaşda həyat təcrübəsi kimi yer almışsa, belə xeyirxahlıq nümunələrinin qəbul edilməsi də, insanı eyni səviyyədə sevindirir. Yazıçılar yaxud da “mürəkkəb dadmış” şəxşlərin mühitində olmaq mənim xüsusi maraq dairəm olub. Ona görə də, zehnimdə başlayan bu arzu, orada bununla əlaqədar fikirlərin əmələ gəlməsinə və onların həyata keçirilməsinə zəmin hazırlayıb. Yazılarını sevərək oxuduğum adamlarla virtual olaraq belə olsa eyni mühittə yer almaq mənim tələbə psixologiyama müsbət təsir göstərib. Hal hazırda, növbə gözləyən tələbələrin cərgəsində, bir nəfərlik yer boşaldı... Bu məqaləni oxuyan tələbə! Sizə xoş təsir bağışlayan nə isə, onu istəmək üçün internetə cıxışı olan bir ekranın başına əyləşəbilərsiniz... Uğurlar...!
 
Sərvər Qurbanov