Elmin eynəyində yollar
Sərvər Qurbanov
23 Mart 2009 Bazar Ertəsi 14:39
        Bugün insan xeyrinə olan hər sahə, tezliklə elmin maraq dairəsinə daxil olur. Yolların iqtisadiyyata təsiri ilə bağlı elmi mühitlərdə dərc olunan çoxluca məqalə var. Bunlardan Hindistan nümunəsini müşahidə edərək çıxardığım nəticələri sizlərlə də bölüşmək istəyirəm. Bu məsələylə bağlı başlıca konsernlerdən biri, Hindistanda lojistika çətinliklərinin var olmasıdır. Xüsusilə, yol şəbəkələrinin nisbətən zəif olması, bəzi yoxsul regionlarda daxili daşımanı məhdudlaşdırır. Təfsilatlı deyilsə, 2002 Dünya Bankı tədqiqatında, belə bir xülasə verilmişdir : “Zəif daşıma, iqtisadi artım tempi üzərində başlıca əyləcdir”. Əksər Hindistan yolları bir vəya iki cərgədən ibarətdir. Yollarda çətin tıxaclar mövcuddur. Bunun nəticəsində, yük maşınları və avtobuslar, gözlənilən sürətin ancaq yarısı həddində hərəkət edəbilirlər. Bununla bağlı 2004-də hazırlanan hesabatta, Hindistan`ın başlıca iqtisadi zonalarının ölkələr arası yol sisteminə birləşmədiyi qeyd etməktədir. Hindistan hökümətinin bu barədə geniş program həyata keçiriləcəyinə dair açıqlamasına baxmayaraq, bunun yerinə yetirilməsinin ləngiməsi pul vəsaitinin çatışmamazlığından irəli gəlir. İnfra struktur çatışmazlığının, xarici ölkələrdən birbaşa investisiyaların cəlb edilməsi sahəsində də özünü göstərəcəyini diqqətə alsaq, bunun regional integrasiyanın qarşısını aldığı daha aydın olaraq meydana çıxar. Göründüyü kimi, Hindistan təcrübəsi həm ölkə daxilində, həm də ölkələr arasında yol kifayətsizliyinin mənfi nəticələrini ortaya qoymaqdadır. Beləcə Hindistan öz potensiyalından lazımı səviyyədə istifadə edə bilmir. Deməli, buradan belə bir nəticə çıxarabilərik ki, Azərbaycan ərazisində aparılan yol tikintiləri həm ölkə daxili, həm də bu regionda iqtisadi əlaqələrin inkişafında hal hazırda və gələcəkdə mühüm rol oynayacaqdır.
 
        Başqa bir elmi məqalədə isə, Özbəkistan, Pakistan, Hindistan, Çin, Rusiya, Tayland kimi ölkələrin də yer aldığı 18 ölkəyə aid BMT Asiya Şossesi layihəsi standartlarının altında olan yolların ölkələrə görə kilometr olaraq toplanan uzunluğunun cəmi 15842 olmuşdur. Bu 18 ölkədəki yolların keyfiyyətinin yüksəldilməsi və inkişaf ettirilməsinin maya dəyəri 6,4 milyar dollar həcmində bir rəqəmə təqabül edir. Bu lahiyə həyata keçirilsə, iki istiqaməttə nəticə hasil ola bilər. Buna görə, pessimist ssenari əsasında cəmi region daxili ticarət həcmi 20 faiz artıb, illik 48,7 milyard dollara çatacaq. Yaxşı ssenariyə görə isə, ticarət 35 faiz yüksələrək, illik 89,5 milyard dollar həddinə çatacaq. Yol inkişaf layihəsindən ən sərfəli şəkildə faydalanacaq ölkələr Çin, Hindistan və Rusiya olacaq. Kiçik dövlətlər də eyni şəkildə, nəqliyyat infrastrukturundakı yaxşılaşmadan ticari mənada faydalanacaqlar.
 
        Statistik hesablamalar, yol keyfiyyəti ilə ticarət həcmi arasında müsbət, gömrük vergiləri ilə ticarət arasında isə mənfi istiqamətdə bir riyazi münasibətin olduğu nəticəsini göstərməkdədir. Məsələn, Sumqayıt Bakı arasında son vaxtlar ərzində aparılan yol tikintisi nəticəsində gediş – gəlişi 3 cərgəli olan iki sıralı yol, sürücülərin işini asanlaşdırır. Vətəndaşlar isə, bu səmərəli yol nəticəsində vaxt qazanırlar. Hazırda, Sumqayıt – Bakı arasında qurulan dört yol ötürücüsünün tikintisi tamamilə bitəndə, güman edilir ki, bu iki şəhər arasında həm marşrutlarla, həm də xüsusi avtomobillərlə gedilən yol daha rahat və az vaxt aparan  olacaqdır. Bakı şəhəri ətrafında, Azərbaycan yollarında və Naxçıvan MR`da aparılan yol tikintilərinə bir də elmin eynəyiylə baxmaqda fayda var.
 
Sərvər Qurbanov