Tələbəlik illərində istəmək
Sərvər Qurbanov
28 Aprel 2009 Çərşənbə Axşamı 21:54
        Cəmiyyətimizin yaşayışına üstün cəhətlər bəxş edən amillərdən biri də, heç şübhəsiz dini ənənələrdir. Fərdlərin həyata aid fikirləri üzərində eynək vəzifəsi görən dini qaydalar, o cümlədən, cəmiyyətin tələbəyə qarşı fikirlərini də formalaşdırmaqdadır. İslam dini, tələbənin qələmi qızıldan olsa belə, ona sədəqə veriləbiləcəyi mövzusunda öz mənsublarını cəsarətləndirir. Peyğəmbərimiz elm üçün başqa bir yerə təhsil almağa gedənlərə dənizdəki balıqların belə dua edəcəyini bizə mujdələməkdədir. Dini qaydaları öz həyatına tətbiq edən xalqın yaşadığı bir ölkədə, tələbələrin işinin daha asan olacağı aşkar bir halda görülməkdədir. Məhz, bu baxımdan tələbəlik illərində nəsə “istəmək”, o qədər də eyib sayılmamalıdır. Qarşıdan gələn cümlələr, sizi istəmək fe`lini özünə məxsus tərzdə icra etmiş bir tələbə ilə tanış edəcək.
 
        İllər öncə, Məlih Arat`ın bir məqaləsini oxumuşdum. Orada, Harviy Makay`ın “İş həyatında akulalarla üzmək” adlı kitabını Türk dilində oxuyan bir tələbənin, yazıçıya bir dostunun köməkliyi ilə ingilis dilində məktub yazdığından, ondan kitab hədiyəsi qəbul ettiyindən və bu məqsədlə ingilis dili öyrəndiyindən bəhs edilirdi. Məşhur bir yazıçıdan hədiyə almaq mənim üçün əlamətdar bir hadisə kimi qiymətləndirilmişdi. Bu fikir yaddaşımda özünə yer tutdu. İllər sonra, Ralf Roberts`in “Div kimi yeri, dəli kimi sat” adlı marketinq mövzusunda yazdığı kitabı Türk dilində oxuyanda, ona məktub yazmaq fikri mənim ağlımda canlandı. Ralf Roberts amerikalı bir əmlakçı. Amerika`da məharətsiz bir əmlakçı ildə 12, ən yaxşı əmlakçılar belə ancaq 60 ev satabildikləri bir şəraittə, Robert il ərzində 600 ev satmış və öz gəlirini milyon dollarlara cıxarmışdır. Məhz, bu onu Taym (TIME) jurnalında qapaq mövzusu olacaq qədər məhşur eləməyə kifayət etmişdi. Nəticədə, səmimi məktubum bu məhşur şəxsiyyəttən cavab almaqda gecikmədi. Robert, mənə, bir ədəd fərdi inkişaf, bir ədəd əmlak sektorunun üstünlüklərini izah edən mütəşəbbis fəaliyyətləri və bir də 52 həftədə satışda müfəvvəqiyyətlə bağlı marketinq kitabını hədiyyə olaraq göndərmişdi.
 
        Bu bəs etmədi. Məhşurlarla görüşə davam etdim. İqtisadiyyat haqqında yazılarını oxuduğum, Kayseri`nin yetirməsi, köşə yazarı Qədir Dikbaş`a e-mailler göndərməyə, yazıları haqqında suallar soruşmağa və öz təkliflərimi irəli sürməyə başladım. Qədir Dikbaş`a e-mailler yazdığım, 2000 – 2001 illərində Türkiyə`də infliyasiya yüksək idi və Türkiyə Milli Bank`ının məcəlləsində deyilir ki, əgər bir küpür bazardakı bütün pulun 75 faizinə çatıbsa, onda gərək Milli Bank bir üst küpürü buraxa. Məsələn, 5 TL dövriyyədəki cəmi pul miqdarının 75 faizinə yaxınlaşıbsa, onda Milli Bank 10 TL`yi buraxmağa məcburdu. Bu mövzudaki fikirlərimi Qədir Dikbaş`a yazınca, o da bununla bağlı bir yazı yazdı. Universitetdə üçüncü kurs tələbəsi olan biri üçün fikirlərinin diqqətə alınması qədər sevindirici hal, xöşbəxtlik ola bilməzdi. Nəhayət, Qədir Dikbaş`la münasibətimiz o qədər inkişaf etti ki, İstanbul`a gedəndə mütləq onu ziyarətə getməyimi təklif etti. 2005 yayında İstanbul`daydım ve belə təcrübəli, məşhur və təvazökar yazıçı mənə tam bir saatlıq vaxtını ayırdı. Yaxşı söhbət oldu, onun fikirlərindən yararlanmaq mənim üçün böyük bir sevinçti.
 
        Müəyyən bir vaxt sonra, Amerikan iqtisadiyyatı mənə maraqlı gəlməyə başladı. Xüsusilə Amerikan Mərkəzi Bankının/ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarlarını bütün dünya təqib edərkən, mən də maraq dairəmə yeni bir mövzu əlavə etmiş oldum. Bu yazıya maraqla davam edən oxuyucu fikirləşəbilər ki, bəlkə FED`dən pul istəmişəm. Yox, elə bir hadisə başverməyib. Mövzuya gələn həftə davam edəcəm. Bu hadisənin qalan hissəsi tezliklə bu virtual məkanda olacaq.
 
Sərvər Qurbanov