Amerikada baş verən qəribə(!) hadisələr
Sərvər Qurbanov
06 Mart 2009 Cümə 19:04

Keçən günlər ərzində, Amerikadan gələn bəd xəbərlər dünyanın dörd tərəfinə yayıldı. Mövzu, insanlarının günlük həyatını maraqlandıran iqtisadi məsələlərlə əlaqəli olunca, Amerika, krizis ixrac edən ölkə mövqeyinə yerləşdi. Şekspir "Bəd xəbər, gətirəni məhv edər" deyər. Keçən günlərdə eyniylə belə bir proses oldu. Xəbər agentliklərində məsul jurnalistlərin öz ölkələrinə yazdıqları xəbərlər, həmin jurnalistlərin ölkələrinə iqtisadi baxımdan zərər verdi. Rusiyada şirkətlər bir gündə 80 milyard dollar itirdiyinə görə, Moskva`daki fond birjası müvəqqəti olaraq bağlandı.

Hadisələrin bu həddə gəlib çatmasına bais olan coxluca günahkar tapılabilər. Dünya iqtisadiyyatındaki əhval ruhiyənin 2002 – 2005 illəri ərzində yaxşılaşmasının bir sıra nəticələri oldu – stabil və yüksələn iqtisadi artım templəri, nisbi olaraq daha az infliyasiya, daha az real faiz hədləri, artan səhm fiyatları ve beləcə artan qiymət/qazanc nisbətləri. İnflasiyanın azalması real faizlərin daha az həddə çəkilməsinə şərait yaratdı. Bildiyiniz kimi, real faiz, banklardan çəkilən kreditlərin maliyəti olduğu üçün, azalan real faizlər əvvəlkinə nisbətən kreditə olan müraciəti daha da artırdı.

Amerikada kreditlərin götürülmə məqsədlərindən biri də mənzil tələbatının maliyələşdirilməsi üçündür. Real faizlərin münasib həddə olması, daha cox kredit tələbinə səbəb oldu. Bank sistemindən ölkə iqtisadiyyatına yayılan kredit genişləməsi nəticəsində, mənzilə olan tələb artdı. İqtisadi nəzəriyə, təklifi sabit olan bir malın tələbi artdığında, bu malın bazardakı qiymətinin yüksələcəyini ifadə edər. Mənzil bazarında da eyni proses baş verdi. Banklardan kredit alan vətəndaşlar, mənzilə olan tələbin artmasına yol açdılar. Beləcə, mənzil qiymətləri yüksəlməyə başladı.

Hadisələr zincirinin bu nöqtəsində, belə bir nəticə təxmin edə bilərsiniz: Mənzil bazarında yüksələn qiymətlər, artan tələbin qarşısını aldı və buna görə, bazarda meydana gələn yüksək qiymət, tələbin yenidən əvvəlki səviyəsi istiqamətində azalmasına gətirib çıxardı. Amma bu istiqamətdə fikirləşən oxucular, başqa amilləri də nəzərə almadıqları üçün səhvliyə yol verəbilərlər. Burada bankların daha çox pul qazanma arzularını xüsusilə qeyd etmək lazımdır. Belə ki, mənzil bazarında qiymətlərin artması, bankların daha yüksək qazanc əldə etmək yolları axtarmalarına səbəb oldu. Nəticədə, subprime mortgage adı verilən kredit növü daha çox rəğbət görməyə başladı. Subprime mortgage, Amerikada az gəlirli şəxslərə verilən kreditlər üçün istifadə edilən termindir. Əgər, az gəlirli şəxslərə kredit verirsinizsə, bu kreditin qaytarılması əsnasında meydana gələcək risklərdən da xəbərdar olmalısınız. Bu amil, banklara və şəxslərə məlum olduğu üçün, bu kreditlərə tətbiq edilən faiz hədləri də normal həddən cox olmalıydı. Hər iki tərəf, bu mövzuda razılaşdığına görə, kreditlərin faizləri yüksək oldu. Az gəlirli ailələr, yüksək faizli kreditləri ödəmədikləri təqdirdə, evlərinin əllərindən alınacağını bilirdilər. Banklar isə, yüksək faiz gəlirindən ötrü sərxoş olmuşdu.

Banklar, subprime mortgage kreditlərini qiymətli kağız halına gətirib bunları müəyyən bir gəlir yaxud da faiz müqabilində, bu sənədlərə investisiya qoymaq istəyən fiziki və hüquqi şəxslərə satdılar. Beləcə, risk ölkə iqtisadiyyatına, oradan da dünyaya yoluxmağa başladı. Az gəlirli ailələrə, yüksək məbləğlərdə kredit verən bankların əllərindəki fondun azalması və nəticədə bitməsi lazımdı. Ama qanunlarda, geri ödənəcəyi qəti olan kreditlərin məbləği qədər qiymətli kağız satma hüququ verilmişdi banklara (Sekurutizasiya əməliyyatı). Banklar da bu fürsəttən istifadə etdilər. Qiymətli kağız satdıqdan sonra əldə edilən fondla yeni kreditlər açdılar. Müştərilərinin bir hissəsindən deposit qəbul edib, digər hissəsinə kredit verərək pul qazanan bankların əməliyyatlarının forması birdən birə dəyişdi. Banklar, deposit qəbul etmədən, əlavə qiymətli kağızlar sataraq, kredit vermə gücünü əldə etdilər. Əldə edəcəkləri yüksək faiz gəlirlərini fikirləşib xam xəyallara daldılar. Az gəlirli ailələrə yeni kreditler verdikçə, mənzil qiymətləri yüksəldi.

Uzun sözün qısası, stabil iqtisadi muhitin pozulduğu indiki vəziyyətdə, az gəlirli ailələr banklara olan borclarını ödəyəbilmirlər. Buna görə, əllərindən evləri alınan insanların sayısı getdikçə artır. Banklar verdikləri yüksək riskli kreditləri az gəlirli müştərilərindən ala bilmədikləri üçün, evləri satıb, kredit məbləğindəki pullarını əldə etmək istəyirlər. Hal hazırda Amerikada bir ev alana hədiyə olaraq maşın, ya da bir ev daha verilməsi kimi promosyonlar tətbiq edilməkdədir. Bu məqsədlə ev satanların sayısı artdıqça, mənzil qiymətləri sürətlə azalmağa başladı. Geri ödənməyən kreditlər, bankların zərəridir. Banklar, bu kreditlərin riskini iqtisadiyyatın bünövrəsinə qiymətli kağızlar vasitəsilə yoluxdurduqlarında isə, Amerika və dünya bazarlarındaki bütün oyunçular yüksək faiz gəlirini xəyal edirdilər. İndi isə, hamının xəyaldan real həyata keçmə vaxtıdır. Dünya iqtisadiyyatında çaxnaşmaların meydana gəlməsi təbii bir haldır. Çünki Amerika röyadan oyanır.

Sərvər Qurbanov