Siyasət

Roland Kobia Azərbaycanla vidalaşır

Prezident Avropa İttifaqının ölkəmizdəki nümayəndəsini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

· Xəbərçi
Roland Kobia Azərbaycanla vidalaşır
Prezident İlham Əliyev bu gün Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobianı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, Roland Kobianın əməkdaşlığımızın möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Şərhlər