İlham Aliyev: Dünyada türk alemi güclenir
16 Avqust 2013 Cümə 11:01
Prezident İlham Aliyev Qebelede Türkdilli Dövletlerin Eməkdaşlıq Şurasının III Zirve toplantısında çıxış edib.
"Qırğızıstan Prezidenti Almazbek Atambayevə keçən il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrlik etdiyi üçün öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, keçən il ərzində bizim əməkdaşlığımız daha da dərinləşdi".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan vermişdir: "Əminəm ki, bundan sonrakı illərdə də bizim əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaqdır. Mən bütün qonaqları səmimiyyətlə Azərbaycanın qədim şəhəri olan Qəbələdə salamlayıram. Xarıtlayıram ki, keçən dəfə Zirvə görüşü Azərbaycanın digər qədim şəhərində, Naxçıvanda keçirilmişdi. Bu Zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir".

İlham Əliyev bildirib ki, dünyada türk aləmi güclənir: "Türk aləmi böyük coğrafiyanı əhatə edir və əlbəttə ki, xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır. Böyük qürur hissi ilə deyə bilərəm ki, keçən dəfə Zirvə görüşü Azərbaycanda - Naxçıvanda keçiriləndə, türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır və bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar