Elmar Memmedyarov Rusiyaya gedir
18 May 2013 Şənbə 15:28
Sefer çerçivesinde Azerbaycan ve Rusiya Xarici İşler nazirlikleri arasında meslehetleşmeler planı imzalanacaq.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Rusiyaya rəsmi səfərə gedəcək. APA-nın Rusiya XİN-ə istinadən yaydığı məlumata görə, iki gün davam edəcək səfər çərçivəsində Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulur. Nazirlər ikitərəfli münasibətlərin, beynəlxalq və regional problemlərin geniş spektrini əhatə edən məsələləri müzakirə edəcəklər.
Elmar Məmmədyarovun Rusiya paytaxtında aparacağı danışıqların əsas mövzusunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təşkil edəcək.
XİN başçıları xarici siyasət sferasında fəaliyyətin koordinasiya edilməsi məsələlərinə də toxunacaqlar.
Səfər çərçivəsində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalanacaq.
DOSTLARINLA PAYLAŞ: