Əli Həsənov Milli Şuranın namizədini təriflədi
30 Avqust 2013 Cümə 13:34
Əli Həsənov: Onların yerinə biz utanırıq.
"Hazırda bütün dünya Azərbaycan iqtidarının qazandığı uğurlardan və müxalifətin isə uğursuzluğundan danışır. Onların yerinə biz utanırıq”.

ANS PRESS-in məlumatına görə, bu sözləri baş nazirin müavini, Dövlətqaçqınkom-un sədri, YAP sədrinin müavini Əli Həsənov Qubadlının işğalının 20-ci ildönümü ilə bağlı "Şəhriyar” Mədəniyyət Sarayında keçirilən anım tədbirində söyləyib.

Əli Həsənov müxalif qüvvələrin birləşdiyi Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli barədə də danışıb. O, Cəmil Həsənlini müsbət imici olan tanınmış elm adamı kimi xarakterizə etməklə yanaşı, onun müxalifətin oyununa salındığını vurğulayıb.

Ə.Həsənovun sözlərinə görə, Milli Şura namizədliyini verməklə Cəmil Həsənli kimi abırlı-həyalı elm adamını pis vəziyyətə salacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar