Sağlamlıq üçün təhlükəli 4 məhsulun adı açıqlanıb
25 Avqust 2011 Cümə Axşamı 12:22
Alimlər bu məhsulları istifadə etməməyi məsləhət bilirlər
Amerikalı alimlərin fikrincə, şəkər, duz, kərə yağı və ağ undan hazırlanmış ərzaqlar qorxulu xəstəliklərin, məsələn xərçəngin yaranmasına gətirib çıxara bilər. Bu dörd məhsuldan ən qorxulusu isə kərə yağıdır. Alimlər hesab edir ki, məhz kərə yağı piylənməyə gətirib çıxarır. Belə ki, bu, doymamış yağlardan ibarətdir, həmçinin ondan tez-tez istifadə zamanı insanın ürəyində problemlər və hətta xərçəngin müxtəlif formaları yarana bilər. Bu pis nəticələrdən qurtulmaq üçün alimlər kərə yağını zeytun yağı ilə əvəz etməyi məsləhət bilirlər.

İkinci yerə isə alimlər ağ undan hazırlanmış məhsulları qoyublar. Onlara aid ən geniş yayılmış məhsul - ağ çörək və ağ undan hazırlanmış məhsullar daxildir. Tədqiqatçıların sözlərinə görə, bu məhsullarda demək olar ki, sellüloza- dərialtı birləşdirici toxuma yoxdur. Bu isə sağlam qidalanma üçün əsas komponentlərdən biridir.

Duz və şəkərə gəldikdə isə, alimlər onları əvəz etməyi məsləhət bilirlər ( məsələn, faydalı ot və balla). Belə ki, bu iki məhsul da bir sıra xəstəliklərə gətirib çıxarır. Qeyd edək ki, hazırda şəkərə əvəzedici tapmaq o qədər də çətin deyil. Amma duzun əvəzedicisi hələ ki, tapılmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar